Happy Smile Stomatology

Xidmətlərimiz

Bizim məqsədimiz sizi bütün stomatoloji problemlərdən azad edib sizə gözəl təbəssüm bəxş etməkdir.

lamp
terapiya

Terapiya

Kariyesin müalicəsi

Əgər dişinizdə qara nöqtə və ya dəlik əmələ gəlibsə yubanmadan stomatoloqa getməniz məsləhətdir. Bu halda müalicə sizə tez, asan, ağrısız, fəsadsız və nisbətən ucuz başa gələcək.

Kök kanallarının müalicəsi

Əgər siz vaxtı qaçırtdınız və stomatoloqa zamanında müraciət etmədinizsə kariyes diş kanalının zədələnməsi – pulpitə çevriləcək. Bu isə o deməkdir ki, hər qida qəbulu, üstəlik gecələr sizə stomatoloqu düşündürəcək. Diş kanalının müalicəsi daha mürəkkəb, daha məsrəfli, daha çox vaxt aparan bir posedurdur.

Estetik restavrasiyalar

Estetik bərpa təbəssümün estetikasını və təbii görünüşü pozmadan zədələnmiş dişi bərpa etmə imkanı verir.

Professional təmizləmə

İldə iki dəfə dişlərin professional təmizlənməsi sizdə həm kariyes, həm də dişəti xəstəliyi təhlükəsindən qoruyacaq. Axı ərpi və diş daşlarını təmizlədikdə müxtəlif iltihabların yaranma səbəbi olan patogen mühit aradan qalxır.

Scaling

Diş daşının ultrasəs aparatı vasitəsilə təmizlənməsidir.

Airflow

Çay, kofe və siqaret və digər ləkələri və ərpin təmizlənməsidir. Təmizlənmə diş emalına su, hava və xüsusi tozun güclü axını təsiri aparılır.  

Polishing

Emalın cilalanması. Ondan sonra dişin səthi ərpin toplanması və ləkələnməyə daha dayanıqlı olur.

Протезирование

Ортопедия

Vinir

Vinir – dişlərinin rəngi və formasını dəyişmək istəyənlər üçün mükəmməl çıxış yoludur. Vinirin rəngindən tutmuş hər şey sizin istəklərinizi nəzərə almaqla fərdi qaydada seçilir. Dişləri temperatur və başqa təsirlərdən qoruyan, əlavə baxım tələb etməyən vinir, demək olar ki, hər kəsə uyğundur.

Zirkon qapaqlar

Zirkon qapaqlarının unikallığı hazırlanma materialındadır – zirkon mineralının dioksidi. Özündə dişlərin müalicəsi ilə təbəssümün estetik korreksiyası və mexaniki yükə dayanıqlığını birləşdirən zirkoniy tamamilə hipoallergendir və zahirən dişin forması və emalın rəngini ideal təkrarlayır.

Presskeramik qapaqlar

Presskeramik qapaq  – hazırlanmasında keramik kütlənin istifadə olunur. Bu üsul dişin möhkəmliyinə və uzunömürlüyünə zərər vermədən dişin gerçək zahiri görünüşü və emalın rəngini qoruyub saxlayır. Press-keramikadan yalnız qapaq deyil, həm də keramik vinirlər qədər məşhur olan araqat və taxma da hazırlanır.

Metalokeramik qapaqlar:

Metalokeramik qapaq – sizin üçün fərdi hazırlanan qapaqdır. Əsasını metal təşkil edən qapağın üzərinə keramika çəkilir. Beləliklə, təbəssümünüzün estetikasını qorumaqla yanaşı kifayət qədər möhkəm konstruksiya əldə edilir.

Akril protez

Çıxarıla bilən, tam və ya qismən akril protez. Elastikliyi və rahatlığına görə çox geniş istifadə olunur. Ümumi qəbul olunmuş fikrə rəğmən, onu yalnız yaşlı nəsil istifadə etmir. Çəkilmiş dişləri müvəqqəti əvəz etmək üçün gənc nəsil və süd dişi vaxtından tez düşmüş uşaqlarda da bu protezdən istifadə olunur.

Elastik protez (termoplast)

Elastik protez – çənə bir, bir neçə və ya bütün dişlərini itirdkdə belə qoyula bilən yumşaq  protezdir. belə konstruksiya ostismaq üçün çox rahatdır və dişətini çox gözəl imitasiya edərək pasiyentlərin komfortunu təmin edir. 

Bügel protez (Klamerli)

Bügel protezin daxili karkası metaldan hazırlanır. Üst qat isə dişətinə bənzəyən akril materialdan hazırlanır. Akrilin üzərinə də süni dişlər düzülür. Müxtəlif ziddiyyətli fikirlərə rəğmən, belə protez kifayət qədər təbii görünür  və səliqəli baxım olduqda sizə uzun müddət qulluq edər.

muy

Diaqnostika

Panoram rentgen

3D tomoqrafiya

Vizioqraf

Vector aparatı ilə
dişəti müalicəsi

«Vector-terapiya» dişəti müalicəsinin və dişəti altı ərpin təmizləməsinin ən effektiv texnologiyadır.

Alman Dürr Dental-ın «Vector» sistemi  birbaşa səbəbə təsir edir: dişəti altında daşı və toksinləri təmizləyir, dərin parodontal ciblərdə məskunlaşan bakteriyaları tez və effektiv zərərsizləşdirir. Dişlər xüsusi kalsium hidroksiapatit suspenziyası ilə örtülür – dişlər möhkəmlənir və infeksiyalara müqaviməti artır.

«Vector» həmçinin protez və implantların gigiyenasına yeganə alternativ hesab edilir.  

«Vector» sisteminin istifadəsinin üstünlükləri:

  • Emal məsamələri, dişlərin boyun ətrafı nahiyəsində açılmış dentin kanalçığları qapayır;
  • Dişlərin, soyuq, isti, turş və şirinə həssaslığı azaldır;
  • Plombları, qapaqla diş arasındakı boşluqları ideal cilalayır, bununla plomb və qapaqların altına mikrob və bakteriyaların toplanmasını istisna edir və onların dayanıqlıq müddətini uzadır.
  • Dişəti iltihabının və qanamasının qarşısını alır, toxumaların qan dövranını bərpa edir, dişəti sağlam rəng alır;
  • İmplantların sağalma prosesini sürətləndirir və onların gəbul edilməməsinin riskini azaldır.
Previous
Next
Previous
Next

ZOOM aparatı ilə
dişlərin ağardılması

Zoom – Philips şirkətinin peşəkar diş ağartma sistemidir.

Prosedurdan sonrakı hiper həssaslıq dövrünü 10-12 saatadək azaldaraq dişləri 8 çalaradək ağardır.

Happy Smile Stomatology

Paradontologiya

Dişətinin diaqnostikası, müalicəsi və profilaktikası: Gingivit, Parodontit, Parodontoz

Ortodontiya

Qeyri-düz dişləmin (əyri dişlərin)  breketlər və çıxarıla bilən lövhələr vasitəsilə korreksiya və profilaktikası.

Happy Smile

Ağız boşluğu diaqnostikası

Çox vaxt pasiyent bir dişin ağrısından şikayət edərkən ağrının əsl səbəbi qonşu diş olduğundan xəbəri olmur. Buna görə də klinikamızda ağız boşluğunun diaqnostikası dedikdə – dişlərin tam müayinəsi üstəgəl gizli problemləri aşkar edən panoram rentgen nəzərdə tutulur.

 

Hətta heç bir şikayətiniz olmasa belə müayinədən planlı şəkildə 6-12 aydan bir keçmək lazımdır. Həmçinin bu prosedur mütləq şəkildə, dişlərin müalicəsi, bərpası və professional gigiyenasından, breket və implantların qoyulmasından əvvəl aparılmalıdır.

Detallı  müayinədən sonra sizə dişlərinizin müalicə planı və onların gələcəkdə sağlam qalmasıı üçün tövsiyələr təqdim olunur.

Previous
Next

Happy Smile

Uşaq stomatologiyası

Kariesin müalicəsi

Uşağın gələcəkdə sağlam dişlərə sahib olması süd dişlərindən çox asılıdır. Buna görə də uşaqlarda kariyesi müalicə etmək çox vacibdir. Kiçik yaşlarda müalicə yonulmadan, diskomfort yaşatmadan daha həssas yolla aparılır.

Diş ərpinin təmizlənməsi

Diş daşı yaranması, kariyes və dişəti xəstəliyi yaranmasının profilaktikasında professional təmizlənmənin üstünlüyü. Prosedur tamamilə ağrısızdır, uşaqda heç bir diskomfort yaratmır.

Kök kanallarının müalicəsi

Böyüklərdən fərqli olaraq, uşaqlarda kök kanalının iltihabı çox zaman simptomsuz keçir. Bir qayda olaraq, uşaq yalnız diş ağrıyanda şikayət etməyə başlayır. Müalicəyə artıq bu mərhələdə başlamaq çox vacibdir ki, sonradan pulpit yaranmasın.

Dişlərin ftorlaşması

Silant – uşağın arxa dişlərinin çeynəyən səthini qoruyan hermetik. Dişi qoruyur, üzərində bakteriyaların toplanmasının və kariyesin yaranmasının qarşısını alır,

Diş çəkimi

Uşaqda dişin çəkilməsinə göstəriş onu dağılmasıdır. Stomatoloqun belə qərarı bunun yerinə çıxacaq dişin sağlam olmasına şərait yaranmasıdır.

Diş daşının təmizlənməsi

Əgər diş daşını vaxtında təmizləməsək, nəticədə kariyes və dişəti xəstəliyi yarana bilər. Diş daşları tez, ağrısız və təhlükəsiz olan ultrasəs vasitəsilə təmizlənir.

Silant

Silant (dişlərin kariesdən qorunması)– uşağın arxa dişlərinin çeynəyən səthini qoruyan hermetik. Dişi qoruyur, üzərində bakteriyaların toplanmasının və kariyesin yaranmasının qarşısını alır,

Dişləmin düzəldilməsi

Patologiyalardan qorunmaq üçün müalicəyə erkən yaşdan başlamaq lazımdır.Həkim sizin uşağınıza uyğun olan ən effektiv və komfort ortodont müalicə üsulu seçəcək.

Happy Smile

Əvvəl & Sonra