Siqaret çəkənin ərpi ilə mübarizə.

14 1

Siqaret çəkmə -bütün ağız boşluğunu sağlamlığına mənfi təsir göstərən zərərli vərdişdir.

Bundan başqa, siqaret çəkmə təbəssümün ümumi estetik görünüşünü pozur. Buna səbəb tənbəkinin tərkibindəki zərərli maddələrdir – ammonyak, qətran, nikotin, fenol formaldegid. Bu maddələr dişin emalına çökərək ərp əmələ gətirir.  

Hətta ağız boşluğunun gigiyenasına ciddi diqqət yetirən siqaret çəkənlərdə diş səthinin əlçatmayan yerlərində ərp yaranır ki, bu sonradan dişlərldəki problemlerə və qeyri-estetik zahiri görünüşə səbəb ola bilər.

Bəs çıxış yolu varmı? 

Bir çox problemlər yaradan ərpin inkişafına imkan verməmək üçün stomatoloq dişlərinizi mütəmadi olaraq professional təmizləməlidir. Bu təmizləmə sizi ərplə yanaşı diş daşından da azad edəcək. Diş və dişətinizin qayğısına qalmağın daha innovativ bir üsul – VECTOR -terapyadır. Ona həm də dişəti üçün SPA deyirlər. Bu üsul dərin parodontal ciblərdə məskunlaşan bakteriyaları ağrısız və rahat zərərsziləşdirir, dişlərin həssaslığını azaldır. Dişlərin təmizlənməsi haqda daha ətraflı “xidmətlərimiz” bölməsində.