Uşaqlarda süd dişlərini niyə müalicə etmək lazımdır?

15 1

Süd dişlərii – sadəcə daimi dişlərindən əvvəl məşq deyil, onlar da az diqqət tələb etmir.

Bəs körpənizin dişlərinin nəzarətdən kənarda qalması nə kimi fəsad verə bilər? 

Qarşılaşa biləcəyiniz ən böyük risk gələcək daimi dişlərlə bağlıdır. Sümük toxumasında süd dişinin altında daimi dişlərin pöhrəsi yerləşir. İnfeksiya süd dişinin altından bu dişlərə keçərək onların inkişaf prosesini poza bilər.

Dişlərin hər-hansı patologiyası körpənizin gündəli həyatında diskomfort hissi yarada bilər, onun çeynəməsinə mane olar və ağrı verə bilər.

Sağlam süd dişləri düzgün tələffüz və nitqin formalaşmasında çox böyük rol oynayır, çünki düzgün formalaşmamış nitq gələcəkdə çox çətinliklə korreksiya olunur.

Uşağın dişlərinin vəziyyətinə nəzarətə, kariyesin vaxtında müalicəsinə, dişlərin professional təmizlənməsi və flyorlanmasına diqqət yetrimək çox vacibdir.

Klinikamızda uşaqlar üçün komfort şərait yaradılıb ki, onların iynə və doktor qorxusu məhv olsun. Daha ətraflı “uşaq stomatologiyası” bölməsində.