Hansı diş fırçasını seçək?

9

Ağız boşluğu gigiyenası – gündəlik rutinin vacib hissəsidir və ona çox diqət yetirmək lazımdır və diş fırçası burada vacib rol oynayır.

Bəs onu necə seçək?

Sərtliyin 3 dərəcəsi var 

yumşaq – universaldır, emalı zədələmir, həssas dişəti olanlara da, 3 yaşadək uşaqlara da uyğundur;

orta – yaxşı fırçalayır və əgər nazik emal və ya dişəti həssaslığı problemi yoxdursa bu fırça gündəlik istifadə edilə bilər;

sərt – yalnız çıxarıla bilən protezlərə qulluq üçün istifadə etməsi tövsiyə olunur.

Yalnız unutmayın ki, dişlərə qulluğun böyük hissəsi onları nə dərəcədə düzgün və hərtərəfli fırçalamağınızdan asılıdır.