“Pasiyentlərimin burada aldanmayacağına əmin olması mənim üçün çox vacibdir. Ən böyük nailiyyətim isə – pasiyentlərimin bu klinikanı öz yaxınlarına və əzizlərinə tövsiyə etməsi və bura ailəliklə gəlmələridir!”
Dr Natəvan Qurbanova, baş həkim, stomatoloq.
Happy Smile 2010-cu ildən fəaliyyət göstərir və bu müddət ərzində biz bir neçə dəfə genişlənmişik. İndi klinika 600 m2 əhatə edir: biz pasiyentlərimizi geniş işıqlı otaqlarda qəbul edirik, müalicə Finlandiya istehsalı olan müasir PLANMECA avadanlığında aparılır. Bizim klinikamızda pasiyentlər dişlərin 3D rentgenoqrafiyasını öz sahəsində, demək olar ki, yeganə olan aparatda aparılır.
Pasiyentin təhlükəsizliyi hər şeydən əvvəl gəlir, buna görə də sterilizasiyaya çox böyük əhəmiyyət verilir. Sterilizasiya da ən müasir avadanlıqlarla təchiz edilib, kabinetlər tamamilə şəffafdır ki, pasiyentlər istədikdə bütün alətlərin sterilizasiya prosesini izləyə bilsinlər və öz təhlükəsizliyindən tam əmin olsunlar.
Bizim əsas oriyentirlərimiz: yüksək səviyyəli xidmət, keyfiyyətli müalicə və pasiyentin komfortudur.
Happy smile klinikası keyfiyyətli stomatologiyanı əlçatan edir. Finlandiyanın PLANMECA şirkətinin müasir avadanlığı ilə siz xidmətlərin bütün spektrini əldə edirsiniz:
Endodontiya
Bizim həkimlər hər bir pasiyentə fərdi yanaşır, biz isə öz növbəmizdə keyfiyyət, təmizlik və sterilliyə xüsusi nəzarət edirik.
Klinikamızda sizi təcrübəli, əməksevərlik və professionallığı ilə seçilən kollektiv qarşılayacaq.
Uşaq stomatologiyasında həkimin kvalifikasiyasından tutmuş kabinetin dizaynı və təchizata qədər hər şey önəmlidir. Buna görə də biz uşağın rahat olmasına və etibarının qazanılmasına kömək edən interyer və şərait yaratmışıq. Mütəxəssisləri seçərkən isə sadəcə onların tez və keyfiyyətli müalicə etməsi deyil, həm də uşaqlarla rahat dil tapa bilməsinə çox diqqət etdik.